"Geyimlərimi həyat yoldaşım seçir"
Əməkdar artist Tünzalə Əliyeva "Hər şey daxil” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, aktrisa komplekslərindən danışıb:
"Daha
kök olanda kompleks keçirirdim. Yolla gedəndə söz atırdılar, özümü
vecinə almamış kimi göstərirdim. Amma gecələr yatanda fikirləşirdim.
İndi arıqlamışam. Onsuz da nə etsəm də bu cürəm. Nə qədər arıqlasam da
tam çəki itirə bilmərəm. Pəhriz saxlamaq və idman etməklə kompleksi
üstümdən atıram. Hovuza gedirəm, bu da çox yaxşıdır”.
Toppuş bacı həyat yoldaşının qısqanclıqlarından da bəhs edib:
"Həyat
yoldaşım icazə vermir ki, saçımı kəsdirim. Geyimlərimi də yoldaşım
seçir. Mən verilişdə istifadə edəcəyim paltarı da əvvəlcə evdə geyinir,
ona göstərirəm. Razılıq verirsə, efirə onla çıxıram”.