Bu həftədən iş başına keçən DİN-nin gizli patrulu sürücülərin kabusuna çevrilib. İlkin olaraq paytaxt küçələrində gəzəcək olan gizli patrul avtomobili qaydaları pozan sürücüləri aşkar edərək onlar barəsində elektron protokol tərtib edəcək. Məqsəd sürücülərin bütün yollarda yol hərəkəti qaydalarına riayət etməsini təmin etməkdi.
Sözügedən gizli patrul avtomobillərinin üzərində yol polisinə aid heç bir yazı və sayrışan işığın olmayacağı bildirilmişdi. Xidmətdə olan polislər isə mülki geyimdə olacaqlar.
Milli.Az xəbər verir ki, həmin gizli patrullardan birinin şəkli sosial şəbəkədə yayılıb. Göy rəngdə 90 - UX - 808 "Ford transit" avtomobilini paytaxt küçələrində görə bilərsiniz.
Fotodan da göründüyü kimi avtomobilin qabaq şüşəsində kamera quraşdırılıb. Bundan əlavə, yük avtomobilinin içərisində kameranın çəkilişini əks etdirən monitor var.
Bakı sürücülərinin kabusuna çevrilən gizli patrulun şəkilini sizə təqdim edirik.

TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL