Ha yalvar-yaxar Allaha
Elşən ALARBƏYLİ
(Əli Hacılının "Durum gedim” şeirinə)
Ha yalvar-yaxar Allaha,
Ruh ucar qalmaz sabaha,
Əllərim də qalxmır daha,
Bu, tabutu necə tutum?
Aç qapını, gör gələn kim?
Üz vurmasın, gərək gedim...
Tez-tələsik, yüyrək gedim,
İnciyər məndən tabutum.
Qara bulud çiynimdədir,
Qəm kəfəni əynimdədir.
Ruhum, canım eynimədir,
Son nəfəsi necə udum?
Miq.Az