Hüseyn Abdullayevin anası müraciət yaydı: “İmtina edirəm”

Hüseyn Abdullayevin anası müraciət yaydı: “İmtina edirəm”
Sabiq deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayevanın mediaya müraciəti yayılıb.

Globalinfo.az bildirir ki, müraciətdə Avropa Məhkəməsinin onun xeyrinə çıxarılmış qərarından imtinadan bəhs edilir:

"Mən, Zeynəb Abdullayeva olaraq bildirirəm ki, ölkə hüdudlarından kənara çıxışıma qoyulmuş məhdudiyyətlə bağlı Avropa Məhkəməsinə edilmiş müraciət üzrə xeyrimə qəbul olunmuş qərardan istifadə etmək niyyətində deyiləm və həmin qərardan imtina etdiyimi bəyan edirəm.

Mən və oğlum Hüseyin Abdullayev Azərbaycan dövlətinə, təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursa sadiq olduğumuzu bildirir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəklədiyimizi bəyan edirik.

Yeganə arzum, oğlum Hüseyn Abdullayevin səhhətində yaranmış problemlərin nəzərə alınması və ona humanist yanaşmanın göstərilməsidir. İnanıram ki, bu məsələ Azərbaycan dövlətinin humanizm və ədalət prinsipləri əsasında öz müsbət həllini tapacaqdır.

Bir daha Azərbaycan dövlətinə, onun rəhbəri cənab İlham Əliyevə olan rəğbətimizi bəyan edir, oğlum Hüseyin Abdullayevlə ortaq qərarımızı bəyan edirik ki , ölkəmiz və dövlətimizə qarşı yönələn heç bir qərarı dəstəkləməyəcəyik.

Ümidimiz yalnız ölkəmizin başçısına , ölkəmizin hüquq mühafizə və məhkəmə sisteminədir!

Hörmətlə,
Zeynəb Abdullayeva,
Hüseyn Abdullayevin anası”.

Globalinfo.az xatırladır ki, Hüseyn Abdullayev 2018-ci ilin aprel ayından həbsdədir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az