İrandakı milli azlıqlara ana dilində təhsil almağa icazə verildi-Ruhanidən ŞOK ADDIM"

 İrandakı milli azlıqlara ana dilində təhsil almağa icazə verildi-Ruhanidən ŞOK ADDIM

İrandakı bütün milli azlıqların doğma dillərində təhsil almaq hüququ var”. Bunu İran prezidenti Həsən Ruhani Mahabad şəhərində sakinlər qarşısında çıxışı zamanı deyib.

"Ölkə ərazisində yaşayan bütün milli azlıqların nümayəndələri öz dillərini öyrənmək imkanı əldə etməlidirlər. Bununla bağlı Təhsil Nazirliyi ilə birlikdə müzakirələr aparılır. İran Konstitusiyasının 15-ci maddəsinin reallaşdırılması istiqamətində işlər görülür", - İran prezidenti əlavə edib./Baku.ws/

İran Konstitusiyasının 15-ci madəsinə əsasən İran İslam Respublikasının rəsmi dili fars dilidir. Amma mətbuatda və kütləvi informasiya vasitələrində regional və tayfa dillərindən istifadə etmək olar.

Miq.az


 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az