İrina Şeykə bənzəyən modelə reklam təklifi yağır
"Arsenal”ın ulduz futbolçusu Məsud Özillə eşq yaşamağa başlayan "Türkiyə gözəli” Əminə Gülşə Avropada böyük maraqla qarşılanıb.
Axşam.az-ın
Türkiyə mətbuatına istinadən məlumatına görə, rusiyalı model İrina
Şeykə bənzərliyi ilə tanınan model-aktrisaya İngiltərə və Almaniyadan
reklam təklifləri yağır.
Əminə ilə Məsudun paparassilər
tərəfindən kafelərdən birində çəkilmiş fotoları Qərb mediasında
yayımlandıqdan sonra "Türkiyə gözəli” böyük diqqət çəkib. Almaniyanın
bir sıra qəzet və jurnalları məşhur firmaların Ə.Gülşəni "əldən
buraxmamağa” çalışdıqlarını yazıb.
Qəzetlərdən biri hətta "İrina
Şeykə milyonlar vermək istəməyən firmalar gözünü Məsudun sevgilisi
Əminəyə dikib” kimi iddialar irəli sürüb.
Qeyd edək ki, İsveçdə anadan olan Əminə Gülşə 2014-cü ildə "Türkiyə gözəli” seçilib.
