İŞİD-in qərargahı bombalandı – VİDEO
Qərb koalisiyasına məxsus hərbi təyyarələr İŞİD-in nəzarətində olan İraqın Mosul şəhərini bombalayıb.
Miq.az haberler.com-a istinadən xəbər verir ki, bombardman İŞİD-in döyüşçüləri tərəfindən həvəskar kamera ilə qeydə alınıb.
Bombardman zamanı xeyli sayda İŞİD döyüşçüsünün öldüyü və yaralandığı bildirilir. Məlumata görə, hava hücumunda İŞİD-in kəşfiyyat qərargahı yerlə-yeksan edilib. Martın 19-da bombalanan qərargah qız tələbələrin təhsil aldığı kollecdə yaradılmışdı.
Xatırladaq ki, Mosul İraqın ikinci böyük şəhəridir. Bu şəhər 2014-ci ilin iyun ayından İŞİD-in nəzarətindədir. Şəhər İraqda İŞİD-in əsas qalası hesab edilir.
Miq.az