Bir qədər əvvəl Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Göyçayda keçirdiyi növbəti vətəndaş qəbulunda ciddi insident baş verib.
Qəbula gələn sakinlərdənVİZUAL.az-a daxil olan məlumata görə, Mübariz Qurbanov Həmid oğlu adlı sürücü komitə sədrinə intihar edəcəyini bildirib.
Sədr əvvəlcə söhbətin nədən getdiyini başa düşməyib. Mübariz Qurbanov Komitə sədrinə bildirib ki, illər boyu işlədiyi Göyçay Avtonəqliyyat MMC-nin sədri Arif Əliyev ona məxsus maşını vermir. Sürücü deyib ki, indiyə qədər müraciət etmədiyi instansiya qalmayıb, amma ona məxsus olan maşına hələ də sahiblik edə bilmir. Onun bu şikayətindən sonra Komitə sədri Arif Əliyevin dərhal qəbula çağırılmasını tələb edib. Qəbula gələn Arif Əliyev sədrə söz verib ki, Mübariz Qurbanovun problemini həll edəcək. Amma komitə sədri gedəndən sonra Əliyev Mübariz Qurbanovu təhqir edib. Sürücü təkrar Kərəm Həsənova müraciət edəcəyini bildirib. Arif Əliyevin bu dəfə Komitə sədrinin arxasınca danışıb. Mənbənin dediyinə görə, Avtoqnəqliyyat MMC-nin sürücüləri Arif Əliyevin əməllərindən bezərək, Əmlak Məsələləri Dövlət Komitəsinin qarşısında aksiya keçirməyə hazırlaşırlar. Qarşı tərəfi dinləməyə hazırıq.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?