"Loti Quli" federal axtarışa verildi


Rusiya həbsdən yeni çıxan "Loti Quli"ni axtarışa verdi

Azərbaycanlı avtoritet adam oğurluğunda ittiham edilir

Rusiya məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifovu (Lotu Quli ləqəbi ilə məşhurdur) beynəlxalq axtarışa verib. Rusiya mətbuatının  verdiyi məlumata görə, N.Səlifov adam oğurluğu və dələduzluqda ittiham edilib. İstintaqın məlumatına görə, kriminal avtoritet xüsusi ilə Azərbayacandan olanların oğurlanması  və onlardan pul alınması üçün əmr verib. 

Nəşrin mənbəsinin məlumatına görə, bu ilin yayında qeyd edilən hadisələrlə bağlı araşdırma çərçivəsində bir necə adam tutulub. O, cümlədən "qanuni oğru" Rəşad İsmayılov (Rəşad Gəncinski) barədə bəzi iddialar ortaya çıxıb. O isə "Loti Quli" ilə olan yaxınlığı ilə seçilir. Həmin vaxtdan Rəşad Rusiya ərazisində görünməyib.  İstintaq idarəsi əlindəki materialları birləşdirdikdə isə oğurluq və pul tələb etmə işi üzrə əsas fiqur Loti Quli olub.

Məlumata görə, N.Səlifov Azərbaycanda uzun müddət həbsdə olsa belə Moskvada insanların oğurlanması, onlardan pul tələb edilməsi barədə göstərişlərini verib. 

Ona qarşı qiyabi olaraq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126 və 163-cü maddələri ilə ittiham irəli sürülüb.

Onun hazırda Türkiyədə olduğu ehtimal edilir. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az