“Mars” 55 ölkədən məhsullarını geri çağırıb- Şokaladda təhlükə

“Mars” 55 ölkədən məhsullarını geri çağırıb- Şokaladda təhlükə
Amerika şokalad zavodu "Mars” 55 ölkədən məhsullarını geri çağırıb. Buna səbəb şirkət məhsullarının içərisindən plastik aşkarlanması  olub. Bunlar əsasən "Mars”, "Snikers” və "Milky Way Mini” batonlarını, o cümlədən "Celebrations”  və MiniMix” kanfetlərini əhatə edir.

Onların yararlıq müddəti 19 iyun 2016 və 8 yanvar 2017-ci ilə qədərdir. Bu barədə qərar 8 yanvar tarixində Almaniyada Snikers batonlarında qırmızı plastikin parçası aşkar edildikdən sonra verilib. Şirkətin araşdırması nəticəsində məlum olub ki, həmin hissələr məhsulun istehsalı zamanı istifadə olunan vasitələrdən keçib. 

Geri çağrılma Niderland, Büyük Britaniya, Almaniya, Vyetnam, İspaniya, İtaliya, Şri-lanka və s. ölkələr də daxil olmaqla 55 ölkəyə aid edilib. Kompaniya nə qədər məhsulun geri çağrılacağını deməyib. Lakin yalnız Niderlandda marketlər və avtomat satışlardan 4 milyon şokalad yığışdırılacaq.

Şirkət bildirib ki, əlində sözügedən məhsul olanlar şirkətin əlaqə nömrəsinə zəng edə, yaxud www.mars.de  rəsmi saytına daxil olub, şirkətlə əlaqə yaradaraq həmin məhsulları geri qaytarmağın yolları haqqında məlumat ala bilərlər.  

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az