Masallıda məktəblilər arasında dava: ölən var

Masallıda məktəblilər arasında dava: ölən var

Masallıda məktəblilər arasında yaranan mübahisə ölümlə nəticələnib.

Miq.Az APA-ya istinadən xəbər verir ki,  hadisə rayonunun Boradigah qəsəbəsində 1 saylı məktəbdə qeydə alınıb. Kənan  və Həsənağa adlı məktəblilər arasında yaranan mübahisə davaya çevrilib. Nəticədə Kənan gicgah nahiyəsindən aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
 
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
 
Hadisəyə məktəblilər arasında yaranan mübahisənin səbəb olduğu deyilir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az