Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, Masallıda maskalı şəxslər evə basqın ediblər. Hadisə gecə saat 03.00-04.00 radələrində rayonun Ərkivan qəsəbəsində baş verib.
Üç nəfər maskalı şəxs qəsəbə sakini, 1971-ci il təvəllüdlü İlqar Çiləxan oğlu Məmmədova və həyat yoldaşı, 1979-cu il təvəllüdlü Qərənfil Tofiq qızı Məmmədovaya küt alətlə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə onlardan pul tələb ediblər. Maskalılar evdəki uşaqların da əl-qolunu, ağzını bağlayıb, onlara fiziki güc tətbiq ediblər. Onlar ev sahibəsinin qızıl boyunbağısını, üzüyünü, 2 mobil telefonu və daha bir neçə qiymətli əşyanı qarət edərək, aradan çıxıblar.
İlqar Məmmədov və həyat yoldaşı Qərənfil Məmmədova Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Reanimasiya şöbəsinə yerləşdirilmiş xəstələrin vəziyyəti hazırda ağır qiymətləndirilir.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırmalara başlanıb. Hadisə törədənlərin yaxalanması istiqamətində zəruri istintaq-axtarış tədbirləri görülür.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR