MC Murad: “Miri Yusif oğrudur!” - Video

MC Murad: “Miri Yusif oğrudur!” - Video

Miri Yusifin "Bağışla” mahnısı ətrafında qalmaqal getdikcə böyüyür.

Gün.Az xatırladır ki, bir müddət öncə türkiyəli müğənni Funda Arar "Bağışla” adlı klipini təqdim etdi.  

Elə əsl həngamə də bundan sonra başladı. Miri Yusif sosial şəbəkələr vasitəsilə elan etdi ki, sözügedən mahnı ona aiddir və "Ağ Qara” adlı albomuna daxil edilib.

Funda Ararın prodüseri isə "Facebook” səhifəsində mahnının MC Murada (Murad Quliyev) aid olduğunu bildirən status yazdı. Bildirdi ki, Funda Arar mahnını ifa etməsi üçün bəstəkardan icazə alıb.

Bununla da vəziyyət daha da gərginləşdi.

Miri Yusif "Facebook”da Funda Ararı bağışlamayacağını, hətta onu məhkəməyə verəcəyini yazdı.

Bu dəfə isə mahnının əsl müəllifi olduğunu iddia edən MC Murad danışdı. Hazırda yaradıcılıq işləri ilə bağlı İstanbulda olan MC Murad necə deyərlər, açdı sandığı, tökdü pambığı...

Miri Yusifin musiqi prodüseri, həmçinin son zamanların ən uğurlu hitlərinin müəllifi müğənnini oğurluqda ittiham etdi.

"Ötən həftə Miri Yusif sosial şəbəkələrdə mənim "Bağışla” mahnımla bağlı bir xəbər yaydı. Bir çoxlarına məlum deyil, o, solo karyeraya başlayandan ifa etdiyi və onu tanıdıb, sevdirən mahnılarının müəllifi mənəm.

Bu siyahıda "Soruş”, "Etiraf”, "Səndən olmaz”, "Yoxam mən”, "Mən heç kiməm”, "İki doğma insan”, "Bağışla” və bir çox mahnıları var.
Bilirəm ki, bəzi mahnıların müəllifi kimi özünü qeyd edib. Əlinə düşən hər fürsətdə haqqımı danıb, yaradıcılığımı mənimsəyib. Onun ətrafındakı insanlar da bilir ki, dəfələrlə münasibətlərimiz pozulub.

Hər dəfə də səbəb onun mənə qarşı etdiyi ədalətsizlik olub. İlk dəfə mahnımı oğurlayıb, öz adına çıxıb, müəllif kimi adımı dananda, haqqımı ödəməyəndə informasiya agentliklərinə qaçmadım. Bilirdim ki, Miri Yusif qədər izləyicim yoxdur. Bu isə reklam xarakterli kimi görünə bilərdi.

İlahi ədalətə güvənib, yaradıcılığımla məşğul oldum. "Leyli və Məcnun” müziklını yazdım. Bu Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə baş tutdu. Hazırda Heydər Əliyev Fondu ilə çalışıram. İstanbuldayam və ölkəmi təmsil edirəm. Miri Yusif və onun komandası çalışır ki, mənim qazandığım uğurlara xələl gətirsin.

Miri Yusifə üzümü tutub deyirəm ki, əgər bu mahnıları həqiqətən özün yazmısansa, çıx bunu xalq qarşısında sübut et. Mənim əlimdə yazdığım hər mahnının faktı var. 15 yaşımdan musiqi ilə məşğulam. 13 yaşımda anamı, 17 yaşımda isə atamı itirdim. Ailəmə baxıram. Uğurlarımı zəhmətkeşliyim, bacarığım və istedadım sayəsində qazanmışam. Heç kimin haqqına girməmişəm. Xalqın gözü tərəzidir, daim düzü əyridən seçməyi bacarıb”.

Mahnının kimə aid olduğu olduqca maraqlıdır. Onun üçün də mövzunu davam etdirəcəyik.
[video=http:// ]
[video=http:// ]
[video=http:// ]
[video=http:// ]


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az