"Bizim üzərimizdə “soyqırım” adlı bir ləkə, kölgə yoxdur”.
Vətəninfo.az AZNEWS.AZ-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara Hava Limanında Qazaxıstana yola düşməzdən öncə deyib.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin dəvəti ilə bu ölkəyə rəsmi səfərə gedən Ərdoğanı bir çox rəsmilər, iş adamları müşayiət edib.
Nazarbayevlə təkbətək və geniş tərkibdə görüşəcəyini deyən Prezident Avropa Parlamentində bu gün 1915-ci il hadisələrinə dair səsverməyə çıxarılan qətnamədən danışıb:
“Onların nə cür qərar verəcəklərini bilmirəm, amma mənim bildiyim, inandığım şey budur ki, biz niyə millət olaraq müdafiədə dayanırıq, bunu anlamaqda çətinlik çəkirəm”.
Türkiyə üzərində "soyqırım" ləkəsinin və kölgəsinin olmadığını vurğulayan Ərdoğan daha sonra bunları söyləyib:
"Parlamentlərinin qapısını ermənilərə açan millətlərə müraciət edirəm. Mənim ölkəmdə 100 minə yaxın erməni var. Görəsən, o ölkələrdə neçə erməni yaşayır? Biz ölkəmizdəki erməni vətəndaşlarımıza qarşı bu günə qədər hər hansı bir pislik etdikmi? Ermənistandan qaçıb gələn o insanları depor etməmişik. Biz onları ölkəmizdə hələ də qonaq saxlayırıq. Bu davranışı görən insanları anlamaq mümkün deyil".
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR