Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov və onun heyəti, eləcədə, tarzən Humay Qədimova, kamança ifaçısı Sevinc Qədimova Fransa səfərindən qalibiyyətlə qayıdıblar. Səfər haqqında Vətəninfo.az-a açıqlama verən Humay bildirib ki, Fransada əksəriyyət ölkələrin milli mətbəxinin sərgisi keçirilib. Tədbirə qatılan minlərlə iştirakçı Azərbaycan musiqisinin sədaları altında dünya mətbəxi ilə tanış olublar. Müxtəlif ölkələri tərənnüm edən təmsilçilər arasında birincilik Azərbaycanın payına düşüb. Bir neçə çeşid də plovumuzu və müxtəlif yeməklərin dadına baxan iştirakçılar həm ağız dadının, həm də musiqi zövqlərinin dəyişdiyini etiraf ediblər. Qeyd edək ki, tədbir 3 gün davam edib. Humay və Sevinc Qədimovaların ifasında instrumental musiqilər səslənib. Onlar həm muğam parçaları, həm də rəqs havaları təqdim ediblər. 3 günlük tədbir başa çatandan sonra təmsilçilərimiz növbəti səfərin təklifini dəyərləndiriblər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR