Mingəçevirdə məktəbli güllələnərək öldürüldü
Mingəçevirdə qətl hadisəsi baş verib.
Miq.Az Unikal.org-a istinadən xəbər verir ki, hadisə "Energetiklər” yaşayış massivində məcburi köçkünlərin məskunlaşdığı "Yeni həyat” qəsəbəsində qeydə alınıb.
Ərazidə olan parkda iki şəxs arasında düşən mübahisə zəminində orta məktəb şagirdi güllələnib.
Belə ki, əvvəllər məhkum olunmuş Ağdam rayonu Abdalgülablı kənd sakini Əlixan Nuxa oğlu Qasımov odlu silahdan qəsəbənin digər sakini Ağdam rayonu 24 saylı orta məktəbin şagirdi Orxan Tofiq oğlu Kərimova atəş açıb.
O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Ə.Qasımov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hadisənin səbəbləri hələki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Miq.Az