Türkiyənin Suriya ilə sərhədindəki Kilis şəhərində Moskva Dövlət Universitetinin itkin düşən tələbəsi Varvara Karaulova saxlanılıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Karaulova iyunun 4-də axşam Suriya sərhədini qanunsuz keçərkən yaxalanıb. O, yaxın saatlarda Rusiyaya deportasiya olunması üçün Türkiyənin miqrasiya xidmətinə veriləcək.
Tələbənin atası Pavel Karaulov da qızının Türkiyə-Suriya sərhədində saxlanıldığını təsdiqləyərək hər şeyin qaydasında olduğunu bildirib.
Moskva Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi olan Varvara Karaulovanın yaxınları əmindirlər ki, onu ekstremist qruplaşmalar ələ alıblar. Bir neçə gündür onun doğmaları gizli şəkildə Türkiyəyə getdiyinə görə genişmiqyaslı axtarışlara başlamışdılar. Sonradan məlum olub ki, Rusiyadan gedən kimi qız adını Aminaya dəyişərək mobil əlaqələrdə ərəb əlifbası ilə yazıb. Anasının sözlərinə görə, İslam dininə maraq göstərəndən sonra qızı tamamilə dəyişib, hətta sevimli itini belə, təmiz olmayan heyvan kimi qəbul edib.
Nəhayət, 19 yaşlı qızın atası onun axtarışı üçün İstanbula gedib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL