Moskvada dəhşət - Əlində kəsilmiş uşaq başı olan qadın VƏHABİ imiş- VİDEO

Moskvada dəhşət - Əlində kəsilmiş uşaq başı olan qadın VƏHABİ imiş- VİDEO
Moskvada metro stansiyası yaxınlığında əlində kəsilmiş uşaq başı olan qadın saxlanılıb.

Bu barədə "Moskva” agentliyinə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəsmi nümayəndəsi Yuliya İvanova bildirib.

Saxlanılan şəxs meyiti yanğın baş vermiş mənzildə tapılan uşağın qətlində şübhəli bilinir. Y. İvanovanın sözlərinə görə, həmin qadın qətlə yetirilən uşağın dayəsi olub.

REN TV-nin məlumatına görə, "Oktyabrskoye pole” metro stansiyası yaxınlığında əlində kəsilmiş uşaq başı olan hicablı qadın özünü partlatmaqla hədələyib.

Rusiya mətbuatının  verdiyi xəbərə görə, əlində kəsilmiş uşaq başı olan naməlum şəxsin "Allahu Əkbər” qışqırması bütün ərazinin mühasirəyə alınmasına səbəb olub. Rusiya milisi əynində uzun qara paltar olan bu şəxsin qadın və ya kişi olduğunu əvvəlcə fərq etməsə də, az bir zamanda axarılan adam tapılıb. Sən demə, bu yaxınlıqdakı binada dayəlik edən qadın imiş. O, 4 yaşlı Nastyanın başını kəsib. 

Qeyd edək ki, bir müddət öncə Nastiyanın başı kəsilmiş və yandırılmış meyiti elə bu binada aşkarlanmışdı.

Bu qadın 38 yaşlı Gülçöhrə Babaqulovadır. Onun bu ilin yanvar ayında yeni pasport aldığı və vəhhabi olduğu bildirlir. Gülçöhrə Babaquova milliyətcə özbəkdir. O, Səmərqənddə doğulub.
[video=http:// ]
[video=http:// ]

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az