Obama Ərdoğanla görüşdən imtina etdi? - Rəsmi reaksiya

Obama Ərdoğanla görüşdən imtina etdi? - Rəsmi reaksiya

Türkiyə Prezidentinin Adminstrasiyası Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obamanın görüşünün ləğv edilməsinə dair informasiyaya malik deyil. 

Miq.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidmətindən məlumat verilib. "Bizim hazırda görüşün ləğv edilməsinə dair heç bir məlumatımız yoxdur. Hər hansısa bir məlumat əldə etsək mətbuata açıqlama verəcəyik”, - deyə mətbuat xidmətindən bildirilib. 

Xatırladaq ki, bir müddət öncə "The Wall Street Journal” Obamanın Türkiyə prezidenti ilə görüşdən imtina etdiyini yazıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az