Əsl adı Eldrik Tont Vuds olan amerikalı qolfçu Tayqer Vuds və məşhur dağ xizəkçisi, 2010-cu ildə Olimpiya çempionu titulu qazanmış Lindsi Vonn son iki ildən bəri davam edən münasibətlərinə son qoyublar.
Vətəninfo.az-ın məlumatına görə, Milli.Az TMZ-yə istinadən bildirir ki, 40 yaşlı Vuds olayla bağlı heç bir açıqlama verməyib.
31 yaşlı Lindsi Vonn isə Facebook-dakı səhifəsində yazıb: "Birlikdə keçirdiyimiz üç ildən sonra Tayqerlə qarşılıqlı razılaşma əsasında belə qərara gəldik ki, münasibətlərimizə son qoyaq. Bizi birləşdirən xatirələrin dəyərini həmişə biləcəyəm. Əfsuslar olsun ki, işlərimiz həddən ziyadə olduğundan vaxtımızın çoxunu ayrılıqda keçiririk. Tayqerə həmişə sayğım olacaq. O və gözəl ailəsi qəlbimdə həmişə xüsusi yer tutacaq".
Tayqer Vuds 2004-2010-cu illərdə Elin Nordeqrenlə nikahda olub. Həmin izdivaca qolfçunun iki övladı - Sem Aleksis Vuds və Çarli Aksel Vuds doğulublar.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR