Petrosyan 25 il öncə Qarabağ haqda demişdi ki… - Alaverdyan

Petrosyan 25 il öncə Qarabağ haqda demişdi ki… - Alaverdyan

Anlamaq lazımdır ki, Qarabağ gec-tez Azərbaycanın nəzarətinə keçməli idi. Yadınıza salın, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan öz bəyanatlarından birində demişdir ki, "arsax” Azərbaycanın tərkibində qalmalıdır. Bu bəyanatdan bir il sonra o, istefa verdi, çünki insanlar onun fikri ilə razı olmadılar.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın ilk ombudsmanı Larisa Alaverdyan bölüşüb.

Onun sözlərinə görə, beləliklə, Qarabağın Bakının nəzarətinə keçməsi prosesi 2020-ci ildə deyil, xeyli əvvəl başlayıb.

"Ermənistanın ikinci prezidenti Robert Köçəryan hakimiyyətə gələrək "arsax”ın hüquqları uğrunda mübarizə aparacağını bəyan etsə də, dünya birliyinin güclü müqaviməti ilə qarşılaşdı. Üçüncü prezident Serj Sərkisyan Köçəryanın atını çapmağa başladı. Eyni ritorika ortaya qordu, eyni reaksiya ilə qarşılaşdı. Təbii ki, bu prosesdə onların heç biri heç nə əldə edə bilmədi. Onlar hətta "dqr”i tanıya bilmədilər”, - deyə erməni hüquq müdafiəçisi bildirib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az