Bakıda polis sərxoş vəziyyətdə avtomobil idarə edən şəxsi saxlayıb.
Vətəninfo.az Moderator.az-a istinadla xəbər verir ki, hadisə Xətai rayonu, Gəncə prospekti 111-in qarşısında qeydə alınıb.
Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü Yaməddin Nizami oğlu İsrafilov idarə etdiyi “Mercedes” markalı avtomobillə yol hərəkət qaydasını pozduğuna görə, Yol Patrul Xidməti inspektoru, polis baş serjantı Rauf Çingiz oğlu Bağırov tərəfindən saxlanılıb.
İlkin araşdırma zamanı Y. İsrafilov və sərnişinləri 1991-ci il təvəllüdlü Müşfiq Mübariz oğlu Cavadov və Şəmkir rayon sakini, 1980-ci il təvəllüdlü Eldar Eyvaz oğlu Quliyevin sərxoş olduğu məlum olub.
Saxlanılan şəxslər tabeçilik göstərmədikləri üçün Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə aparılıb.
Polis Bölməsinə aparılan şəxslər 30 dəqiqə ərzində iş rejimini pozaraq sanitar qovşağın qapısını sındırıblar.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL