Putin Avropanın ən böyük məscidini açdı

Putin Avropanın ən böyük məscidini açdı

Müsəlmanların müqəddəs bayramı olan Qurban Bayramı ərəfəsində Moskva "Cümə" məscidinin təntənəli açılış mərasimi keçirilib.

Vətəninfo.az "Report"a istinadla xəbər verir ki, açılış mərasimində Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin Dövlət Başçısı Mahmud Abbas da iştirak edib. Tədbirə Tatarıstan prezidenti, Çeçenistan, Dağıstan, eləcə də Rusiyanın digər subyekt başçıları, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Moskva meri Sergey Sobyanin, Ümumrusiya azərbaycanlılar Konqresinin, Azərbaycandakı əfqan icmasının və tatar diasporunun nümayəndələri və digərləri də qatılıb.

Açılış mərasimi Qurani-Kərimdən surələrin oxunması ilə başladı. Sonra Rusiya müftilər Şurasının sədri Ravil Qaynutdin açılış mərasimində iştirak edənlərə müraciət edib.

Moskva "Cümə" məscidinin bu il 111 yaşı tamam olur. Məscidin möhtəşəm yenidənqurma layihəsinə 10 il sərf olunub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az