Azərbaycan xalqının azadlıq mübarizəsinin, onilliklər boyu gizlədilən tarixi həqiqətlərini dünyaya çatdırılması baxımından böyük əhəmiyyətə malik olan "Qanlı Yanvar" filminin 39-cu Monreal Dünya Film Festivalında nümayişi uğurla baş tutub.
Vətəninfo.az "ANSPRESS"ə istinadla xəbər verir ki, filmin nümayiş premyerasında festivalın prezidenti Serxio Lis, kommunikasiya direktoru Henri Vels və digər nümayəndələr də iştirak edib.
Rejissor Vahid Mustafayevin şahidi olduğu faktlar əsasında çəkdiyi "Qanlı Yanvar" filmi nümayişdən sonra mükafata layiq görülüb.
Diplom festival prezidenti Serxio Lis tərəfindən kinorejissor Vahid Mustafayevə təqdim edilib.
Serxio Lis uzaq bir ölkədən gələn hansısa bir filmin onların ölkəsində nümayiş etdirilməsini nadir hal kimi qiymətləndirib. O, Azərbaycanı böyük mədəni irsə və tarixə malik olan bir ölkə kimi tanıdığını dilə gətirərək, gələcəkdə bu cür filmlərin nümayişinə daha çox yer verəcəklərini diqqətə çatdırıb.
Qeyd edək ki, 65-dən çox ölkənin qatıldığı film festivalında Azərbaycanı "Qanlı Yanvar" filmi təmsil edib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL