Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilib.
Vizual.az xəbər verir ki, J qrupundakı təmsilçimiz "Qarabağ” Fransanın "Monako” komandası ilə qarşılaşıb.
"Qarabağ" görüşün 39-cu dəqiqəsində Samuel Armenetrosun qoluyla hesabda önə keçib. Lakin fransızlar 72-ci dəqiqədə İvan Kavaleyronun qolu ilə hesabı bərabərləşdiriblər.
Görüş bu hesabla da başa çatıb.
Nəticədə "Qarabağ" hesabındakı xalı 4-ə çatdırıb və qrupda son pillədə qərarlaşıb.
Qrupun digər matçında İngiltərə təmsilçisi "Tottehnem” Belçikanın "Anderlext” klubu ilə qarşılaşacaq. Görüş 00:05-də başlayacaq.