Vətəninfo.az "Report"a istinadla xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.
Nazirlikdən bildirilib ki, Üzeyir bəy Hacıbəylinin ev-muzeyi ilə Qazaxıstanın Bəstəkarlar İttifaqı və Milli Filarmoniyası arasında əməkdaşlıq əlaqələri davam edir.
Muzeyin direktoru, əməkdar incəsənət xadimi Sərdar Fərəcov qarşılıqlı əməkdaşlıq nəticəsində bir neçə simfonik musiqi əsərlərinin yazıldığı haqqında məlumat verib. Belə ki, Qazaxıstan Bəstəkarlar İttifaqının sədri Balnur Kıdırbek Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin dövlət səviyyəsində keçiriləcək 130 illik yubileyi münasibətilə möhtəşəm əsər bəstələyib.
"Türk akademik musiqisinin babası" adlanan bu əsər artıq hazırdır və yaxın vaxtlarda muzeyə təqdim olunacaq. Bir hissədən ibarət olan əsər orijinallığı ilə seçilir. Dahi bəstəkarın xatirəsinə həsr olunan əsərin 130 illik yubileyə həsr edilən festival çərçivəsində səslənəcəyi gözlənilir.
Qeyd edək ki, Qazaxıstan Milli Filarmoniyası mövsümə Sərdar Fərəcovun "Koroğlu simfonik freskası" əsəri ilə yekun vurub.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL