Aqil Kəngərli
Yaman qocalmısan,deyirlər dostlar,
Qırx il ömür sürüb,qocalmışam mən.
Dövranda görməyib vəfa,etibar,
Acı-acı gülüb,qocalmışam mən.
Həyat keşməkeşli,mən oldum naşı,
Büdrədim,yıxıldım,hər addım başı.
Ömrümün nur saçan parlaq Günəşi,
Vaxtsız edib qürub,qocalmışam mən.
Dünya bir tapmaca,bir sirli oyun,
Neçə saf işlərə vuruldu düyün.
Qarşımda nə qədər vecsiz,kəlboyun,
Keçilməz sədd hörüb,qocalmışam mən.
Vətən parça-parça,yurd nə günündə,
Tülkülər hökm edir,qurd nə günündə.
Bir şəhid ailəsi ,məmur önündə,
Boynu bükük durub,qocalmışam mən.
Yurdçün vuruşanlar qul bazarında,
Fərari-qorxaqlar kef damağında.
Durub haqsızlığın lap qabağında,
Çarpışıb,hayqırıb,qocalmışam mən.
Sındırdılar neçə-neçə ərləri,
Çəkdilər qabağa biqeyrətləri.
Neçə şəxsiyyətsiz”şəxsiyyətlər”i
Kürsülərdə görüb qoçalmışam mən.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR