Xanəndə Elnarə Abdullayeva media mənsubları ilə görüşüb. Vətəninfo.az SİA-ya istinadən xəbər verir ki, ifaçı Şamaxının Çuxanlı kəndinə çəkdirdiyi bulaqların quruması ilə bağlı mətbuatda yayılan xəbərlərə, eyni zamanda, jurnalistləri təhqir etməsi ittihamlarına aydınlıq gətirib: “Bir bulağın suyunun gəlməməsi o demək deyil ki, su anbarı quruyub. Mənə bir neçə dəfə zəng edib müxtəlif fikirlər söylədilər. Guya mən bu işi ad almaq üçün görmüşəm. İnanın ki, mən bu işləri Allahın rizası üçün elədim. Bir neçə il bundan əvvəl səhhətimdə problemlər yaranmışdı. Həmin vaxt əhd elədim ki, mənə qismət olunan var-dövlətimi insanlara yaxşılıq məqsədilə xərcləyim. Mən bu işi mətbuatda reklam olunmaq üçün görmədim. Bu işi başlayanda Allah mənə bərəkət göndərdi”.
Elnarə jurnalistlərlə yaşadığı xoşagəlməz hadisədən də söz açıb: “Mən heç kimi söymədim, sadəcə olaraq, dedim ki, insafınız olsun, haqqı yazın. Demişəm ki, bu sözü kim çıxarıbsa, onun var-yoxu küçədə qalsın. Kim bunu edibsə, özünə götürsün. Allahla mənim arama heç kim girə bilməz. Mən düşünmürəm ki, bu işin arxasında kimsə dayansın. Axı insan olan kəs pislik eləməməlidir”.
Qeyd edək ki, mətbuat konfransı jurnalistlərin sualları ilə davam edib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL