Türkiyədə yayımlanan “Ben bilmem, eşim bilir” yarışmasında qalib olan AzTV-nin “Xəbərlər” proqramının aparıcısı Vüsalə Səidi və həyat yoldaşı kanal rəhbərliyi tərəfindən cəzalandırılıb.
Bu barədə “Qafqazinfo”ya AzTV-dən məlumat daxil olub. Məlumatda qeyd edilir ki, aparıcı və həyat yoldaşı sözügedən proqramda rəhbərliyin icazəsi olmadan iştirak edib. Buna görə də, AzTV rəhbəri Arif Alışanovun tapşırığı ilə qalib cütlükdən işdən çıxmaları ilə bağlı izahat alıb.
Məsələ ilə bağlı “Qafqazinfo” Vüsalə Səidi ilə əlaqə saxlayıb. O, bu barədə danışmaq istəmədiyini deyib.
Qeyd edək ki, AzTV Mətbuat Xidmətinin rəhbəri Xatirə Qasımova da səhər saatlarından sözügedən məsələ ilə bağlı açıqlama verəcəklərini bildirsə də, hələ də kanaldan "Qafqazinfo"ya hadisə ilə bağlı heç bir məlumat verilməyib.
***
Xəbər saytda yayımlanandan sonra Xatirə Qasımova "Qafqazinfo" ilə əlaqə saxlayaraq bildirib ki, bu barədə onlarda heç bir məlumat yoxdur: "Biz aparıcıdan izahat alınması məsələsini ilk sizdən eşidirik".
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR