Reyd zamanı yol hərəkəti qaydalarını pozan, avtomobilə əlavə avadanlıq quraşdıran, təhlükəsizlik kəmərindən istifadə etməyən və nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən sürücülər saxlanılaraq protokol tərtib olunub. Siyəzən şəhəri ərazisinə iri tonnajlı yük avtomobillərinin girişi qadağan olunduğundan şəhərə daxil olan belə nəqliyyat vasitələri də saxlanılaraq müvəqqəti dayanacağa aparılıb. Reyd zamanı polisin "Saxla” əmrinə tabe olmayıb ərazidən uzaqlaşmağa çalışan sürücülərə də rast gəlinib.
Bu kimi reydlərin keçirilməsində əsas məqsəd avtomobilləri sərxoş vəziyyətdə idarə edən sürücüləri müəyyən edib saxlamaq, onların yarada biləcəyi yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır. Ümumilikdə reyd zamanı 40-a yaxın qayda pozuntusu aşkarlanıb, 2 nəfər sürücünün sərxoş olduğu müəyyənləşdirilərək müvafiq tədbirlər görülüb.
Bu kimi reydlərin mütəmadi keçirilməsi planlaşdırılır.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL