Vətəninfo.az xəbər verir ki, 1990-cı ildə “Rusiya gözəli” adını qazanaraq gözəllik tacını başına qoyan,bir il sonra isə “Kainat Gözəli” yarışmasında üçüncü yeri qazanan,ölkəsinin ən gözəl qızı seçilən, iki uşaq anası Juliya Lemiqova lezbiyan imiş.
Bu günlərdə Fransada bir jurnala danışan Lemiqova şəxsi həyatı ilə bağlı geniş açıqlama verib. 44 Yaşlı gözəl bildirib ki,həyatında iki dəfə evlilik həyata keçirib və hər evliliyindən də bir qızı dünyaya gəlib. Amma buna baxmayaraq həyatda özünü tənha və sevilməyən biri kimi hiss edib. Ona bu sevgini isə,eyni cinsdən olduğu Çex tenis ustası Martina Navartilova bəxş edib.

Navartilova ilə Fransada tanış olduğunu və bu tanışlıqlarının getdikcə sevgiyə dönüşdüyünü qeyd edən rus gözəl, Navartinovanın ailəsinin bir fərdinə çevrilməsi ilə belə bir izdivacın baş verməsini istəyib.

“Artıq onsuz yaşaya bilməyəcəyimi hiss edirdim. Bir gün qızım məktəbdən gələndə dedi ki,səninlə bağlı müxtəlif söz-söhbətlər gəzir. Məndə qızımı qarşıma oturdub ona Martinasız yaşaya bilməyəcəyimi, onunla evlənmək istəyində olduğumu bildirdim. Qızım da mənim bu fikrimə hörmətlə yanaşdı və biz evləndik. Martinası qızlarım çox sevirlər. Onunla ingilis dilində danışıram. Mən onun, o da mənim dilimi öyrənməyə səy göstərdik, amma alınmadı.Buna görə də ingilis dilində danışırıq”. Juliya Lemiqova ölkəsi Rusiyada yaşadığı illərdə belə bir həyat yaşayacağını ağlına belə gətirmədiyini bildirib və bu günkü həyatından narazı olmadığı qeyd edib. Juliya Lemiqova Martina Navartilova ilə ABŞ-da nigaha girdiklərini, Mayami də və Fransada yaşadıqlarını qeyd edib.
Vətəninfo.az
