Rusiya Türkiyənin bu təklifini qəbul etmədi

Rusiya Türkiyənin bu təklifini qəbul etmədi

Türkiyə hakimiyyəti Mariupoldakı ukraynalı hərbçilərin "Azovstal” zavodundan Berdyansk limanı vasitəsilə təxliyə olunmasını Rusiyaya təklif edib.

Miq.Az xəbər verir ki, bu sözləri Krım türklərinin lideri, Ukrayna millət vəkili Mustafa Cəmil deyib.

O bildirib ki, təklifə əsasən təxliyə olunanlar Türkiyəyə gətirilməli və müharibənin bitəcəyi günə kimi bu ölkənin qonağı olmalı idi.

Lakin Rusiya müdafiə naziri Sergey Şoyqu Ankaranın təklifi ilə razılaşmayıb və Mariupolun müdafiəçilərinin təslim olmasını tələb edib.

M.Cəmilin sözlərinə görə, Türkiyə "Azovstal”dakı ukraynalı hərbçilərin həyatının xilas edilməsi üçün danışıqları hələ də davam etdirir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az