Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Krasnoyarsk regional idarəsinin əməkdaşları ekstremisti saxlayıblar.
Rusiyanın "Yenisey TV” telekanalı xəbər verir ki, 19 yaşlı azərbaycanlı sosial şəbəkələr vasitəsilə ictimai qaydada terrorizmi dəstəkləyib.
İstintaq-axtarış tədbirləri nəticəsində məlum olub ki, o, ötən ilin oktyabr-dekabr aylarında sosial şəbəkədəki səhifəsində açıq şəkildə insanların edam olunması videogörüntülərini paylaşıb.
Videogörüntülər paylaşmaqla yanaşı o, insanların qətlə yetirilməsi və terror aktlarının törədilməsinə dair çağırışlar, şərhlər də yazıb. Saxlanılan azərbaycanlıya qarşı iki cinayət işi qaldırılıb.
Məlumatda həmçinin bildirilir ki, o, günahını etiraf edir, aktiv şəkildə istintaqa yardım edir (azvision.az).
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL