Günel Novruzlu
HƏYAT, sən qəribəsən, yoxsa mən ? Sən dəyişmisən, yoxsa insanlar ? Sədaqət yox olub, ya xəyanət çoxalıb ? Nədir sənin hökmün ? Dərs verməkdir məqsədin, yoxsa ?.. Bəlkə, gözəl gələcəklə insanları mükafatlandırmaqdır sənin istəyin?.. Sən kimsən, kiminsən, HƏYAT ?..
Suallar.., suallar.., insanı düşündürən, daşındıran, danışdıran suallar… Bəlkə, bu sonsuz, cavabsız suallara cavab tapaq, sorğulara son qoyaq ?..
HƏYAT, nəfəsin tükəndikcə yaşamağa can atmaqdır. Güclü olmağı öyrənməkdir, şirin saydıgını bir anda zəhərə dəyişməyi bacarmaqdır. Dostlarını çətin anda və xoş günündə tanımaqdır, tanıdıqda pisdən uzaqlaşıb, yaxşıya dəyər verməkdir. Atanı, ananı sevmək, hörmət etmək, onları itirməkdən qorxmaqdır. Səhvlərlə öyrənməkdir, nəticə çıxarmaq və zamanla aqilləşməkdir. Saflıqla, dürüstlüklə, namusla yasamaqdır.
HƏYAT, bəzən sevdiklərinin xətrinə dəyməsin deyə səsini çıxarda bilməmək, edilən səhvlərə göz yummaqdır. Əvvəl güvənib sonradan sarsılmağı öyrənməkdir...
HƏYAT, hər yıxıldığında bir də qalxmağı bacarmaqdır, mubarizə aparmaq və inadla yasamağa davam etməkdir. HƏYAT, hər addımımızda ALLAHımızı yad etmək, Ona sıgınmaqdır. Sonumuz gəlməmiş Ondan günahlarımızı bagışlamağı diləməkdir. Nəhayət, bu qocaman dünyamızla halallaşıb, AXİRƏTlə salamlaşmaqdır…
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR