SEVİNƏN NEKROLOQLAR
Elşən ALARBƏYLİ
Şəhidlərə
Sən görməmisən
şəhidlər necə
öpürlər bayraqları,
təzə toxum kimi
səpirllər bayraqları...
Sən görnəmisəm
adamlar necə dəfn edirlər
şəhidlərlə özlərini,
adamla gizlətmək
istəmirlər güzgüdə üzlərini.
Sən görməmisən
Şəhidlər çiyinlərini necə verirlər
nekroloqların altına,
Vətən sevdasıyla baxırlar
ölümün dadına.
Sən görməmisən
necə ölüm köz yaşıyla
silir üzləri,
şahidlərin gözündə
dirilir şəhidlərin son sözləri.
Sən görməmisən
necə sevinclə enib-qalxır
qəbirlərin sinəsi...
Bu, oxşama tanışdı...
bu, Vətənin səsi...
Miq.Az