Şeyx Həzrətlərinin dövlətçilik və millət sevgisini hər tərəzi çəkə bilməz

Şeyx Həzrətlərinin dövlətçilik və millət sevgisini hər tərəzi çəkə bilməz

Bu gün Şeyx Həzrətlərinin haqqında sosial şəbəkələrdə qara piar kompaniyası uğrunda yarışa giriblər sanki.  

Din xadimi olaraq bütün ibadətlərində xalqımızın haqq mübarizəsinin qələbəsi, ədalətin zəfər çalması üçün, hər namazında ilk olaraq ərazi bütövlüyümüzün bərpası üçün dualar edən bir Ağsaqqala qarşı aparılan bu çirkin kompaniyaların məqsədi bəllidir. Azərbaycanda Allahşükür Paşazadənin təşkilatçılığı ilə gözlə görünən dini tolerantlıq görünür çoxlarını narahat edir. Bu narahatçılıq təkcə daxildə bəzi ünsürləri deyil, həm də xaricdə narahatçılıqla qarşılanır.  Yazıda öz fikir və mülahizələrimizi bildirməzdən əvvəl xüsusi bir ifadəni qeyd etmək istəyirik. Əvvəla Allahşükür Paşazadənin Azərbaycan dövlətçiliyinə, dövlətin ali rəhbərinə münasibəti və sədaqəti göz önündədir. Digər cəhətdən, Şeyx həzrətlərinin  Azərbaycan dövlətçiliyi üçün gördüyü xidmətləri sizin tərəziniz çəkə bilməz. Şünki sizin hesabladığınız tərəzinin hər iki gözündə şeytan əyləşib deyə düşüncələriniz belə şeytan təfəkkürlüdür. Qafqazın Şeyxi haqqında analiz aparmaq üçün gərək böyük bir araşdırma dəniziniə baş vurasınız. Bu dəniz sizlik deyil, haqq dənizində şeytan təfəkkürlü insanların nə işi ola bilər axı?  Sizin işiniz şeytan göllərinin çirkab sularında özünüzü və ətrafınızı, bulandırmaqdır...

Savaş meydanında da əsgərlərimizlə bərabər olmağa, onlara dəstək verməyə hazır olan,  "Vətən bizi çağırır”, "Zülm və haqsızlığa qarşı milli qürur və şücaətimiz, mənəvi birlik və həmrəyliyimiz hər zamankından daha artıq olmalıdır”, "Milli, dini mənsubiyyətindən, siyasi baxışından, dünyanın hansı nöqtəsindən asılı olmayaraq bütün azərbaycanlılar ümumi düşmənə qarşı bir səngərdə olmalı, yumruq kimi birləşməlidirlər”-deyən Şeyx həzrətlərinin əməyinə kölgə yaratmaq kimə maraqlı ola bilər sizcə?

Mənəvi məkanlarımıza həqarət edən, dini ibadətgahlarımızı yerlə yeksan edən, ata-babalarımızın yurdunu viran qoyan, qəbiristanlılarımızı dağıdan, izimizi itirməyə, tariximizi saxtalaşdırmağa cəhd göstərən, ümumbəşər əhəmiyyətli abidələrə qarşı vandallıq aktları həyata keçirən mənfur işğalçı, nəhayət, hərb meydanında darmadağın olunan düşmənə qarşı  barışmaz mövqeyi ilə seçilən Qafqazın Şeyxi göz önündə olub həmişə.

Şeyxülislam həzrətlərinin 44 günlük Vətən müharibəsi zamanı bir-birinin ardınca verdiyi  bəyanat və səsləndirdiyi fikirlər kağız üzərində qalmadı.  Din xadimlərimiz tarixə "Dəmir yumruq” adı ilə düşən 44 günlük savaşda Ali Baş Komandanın, əsgər və zabitlərimiz döyüş meydanındakı şücaətlərinə, dini-mənəvi sahədəki xidmətləri ilə dəstək oldular. Vətən müharibəsi zamanı canından keçərək şəhidlik məqamına ucalan 2 min 800-dən çox qəhrəmanın İslami qaydalara uyğun yuyulması, kəfənlənib dəfn edilməsi məhz din xadimlərimizin üzərinə düşüb. Hərbi əməliyyatlar davam edən 44 gün ərzində və sonrakı günlərdə Qazılar Şurasının üzvləri, imamlar, dindar könüllülər şəhid ailələrinə təskinlik verib, doğmalarını itirən insanlara maddi-mənəvi dayaq durub, səngərdə işğalçı qüvvələrlə üz-üzə dayanan oğullarımıza yardımlar aparıblar.

Vətən müharibəsi günlərində Qafqaz Müsəlmanları İdarəsi gecə-gündüz bilmədən çalışaraq erməni faşizmi barədə dünya ictimaiyyətinə, dini liderlərə müraciətlər edirdi, Azərbaycanın haqq işi uğrunda savaşa qalxdığını bildirirdi. Allahşükür Paşazadənin dünya ictimaiyyətinə ünvanladığı muraciətlər heç zaman cavabsız qalmadı, dünyanın tanınmış din xadimləri, nüfuzlu beynəlxalq qurumların rəhbərləri, görkəmli elm və din xadimləri ölkəmizin haqlı mövqeyini dəstəkləyən bəyanatlar verdilər. 

Yeri gəlmişkən, bunu xüsusi ilə qeyd etmək yerinə düşər ki, Şeyxin rəhbərliyi altında din xadimlərimiz 44 günlük savaşda arxa cəbhənin qəhrəmanları olublar, mərmi yağışı altında olsalar da öz vəzifələrini yerinə yetiriblər. Prezident-Xalq-Ordu birliyinə dəstək verən din xadimlərimizə minnətdar olmalıyıqıq. Ona görə ki, savaş günlərində çox mühüm işlər gördü onlar. Əgər dövlət başçımız öz diplomatik bacarığı, ordumuz öz silah-sursati ilə  döyüşürdüsə, din xadimlərimiz də mənəvi sahənin keşiyində idilər. Şəhidlərimizi dini qaydalara uyğun yuyulub dəfn edilməsi, onların ailələrinə təskinlik verilməsi din xadimlərimizin üzərinizə düşdü. Dünyada ən ağır işlərdən biri də şəhid olan övladın nəşini onun anasına təhvil verməkdir. Nə qədər ağırlı, mənəvi cəhətdən nə qədər əzab versə də din xadimlərimiz hər gün bu ağır işi görməli olurdu. Hamı bir amal uğrunda gecəsini-gündüzünə qatmışdı: "Düşməni işğal etdiyi torpaqlarımızdan qovmaq, ərazi bütövlüyümüzü təmin etmək!"

Yenə qayıdırıq sosial şəbəkələrdə eşələnən şeytan yuvalarına...Sizin məqsədiniz Şeyxin dövlətçilik prinsiplərinə, Can Azərbaycana sadiqliyini heç vaxt gözdən sala bilməyəcəksiniz. Bütün ictimaiyyət də bilir ki,  yalandan Şeyx həzrətlərinin adına çıxardığınız iqamətgahlar və qəsrlər də öz təsdiqini tapmadı. Düzdür, Şeyxin var-dövləti var, amma sizin dediyiniz o ləl -cəvahirət, imarətl və saraylar deyil. Onun sərvəti ümummilli lider Heydər Əliyevin, ölkənin rəhbəri İlham Əliyevin və Allahın yanında qazandığı hörmətdi ki, Şeyx həzrətləri o hörməti dünyanın ən bahalı qəsrlərinə belə dəyişməz.

XÜSUSİ və həm də ZƏRURİ QEYD: Şeyx həzrətlərinin keçmişi və bu günü arasında uzun zaman var. Dünənindən bu günə atılan şərəfli addımlarıdı Şeyxin böyüklüyü. Bunu nədən yazdım?
Çox insanlar var ki, bunu görməməzlikdən gəlir. İstər Allahşükür Paşazadəyə qarşı olanlar, istərsə də Qafqazın dini lideri haqqında ucuz şou quranlara aid edirəm fikrimi. O böyüklüyü görməsən, onu təqdim edə bilməzsən, istər mənfi, istərsə də müsbət mənada. Belə bir dini liderin yanında olmaq istəyənlər belə bəzən bu əzəməti görə bilmir, nəticədə təbliğat əks effekt verir. Allahşükür Paşazadənin piara və təbliğata ehtiyacı yoxdur. Bu, müəllif olaraq mənim fikrimdi. Sadəcə Qafqazın Şeyxi və hörmət bəslədiyim dini rəhbərim kimi ürəyimdən keçənləri yazdım.

Amil Ağayev






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az