“Şimal fırtınası”ndan Rusiya və İrana MÜHARİBƏ MESAJI
Aralarında Türkiyənin də yer aldığı 20 ölkədən ibarət İslam Ordusu Səudiyyə Ərəbistanında "Şimal fırtınası” adlı hərbi səhra təlimlərinə başlayıb. Təlimlərə təqribən 200 min hərbçi qatılıb.
Səudiyyə Ərəbistanın şimal-şərqindəki Hafar el Baten bölgəsində başladılan hərbi təlimlər terrorla mübarizəyə həsr olunsa da, miqyasına görə indiyədək təşkil olunanlar arasında ən böyüyüdür.
Təlimlər zamanı İslam Ordusu hərbçilərinin səhra şəraitində terrorçulara qarşı çevik döyüş imkanları və manevr qabiliyyəti yoxlanılacaq.
Səudiyyə Ərəbistanı mediasında yer alan məqalələrin birində qeyd olunur ki, 20 ölkədən 200 minə yaxın hərbçinin, 100 döyüş təyyarəsinin və yüzlərlə hərbi texnikanın cəlb olunduğu təlimlər Suriyada Bəşər Əsəd rejimini dəstəkləyən İrana və Rusiyaya açıq mesaj xarakteri daşıyır.
Miq.az