Təhsil Nazirliyi ölkə prezidentinin 2 iyun 2015-ci il tarixli sərəncamına uyğun olaraq, 22 iyul - Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi münasibətilə təhsil mövzusunda cəmiyyətin məlumatlandırılmasında fəal iştirak edən jurnalistlər arasında “Maarifçi mətbuat” devizi altında müsabiqə keçirir.
01.07.2014 - 01. 07.2015-ci illərdə təhsil mövzusunda qəzetlərdə və jurnallarda, onlayn mediada və bloqlarda dərc olunmuş yazılar (məqalələr, təhlil yazıları), fotoşəkillər, videosüjetlər bu ilin 25 iyun - 10 iyul tarixlərində Təhsil Nazirliyinin Facebook səhifəsində yerləşdiriləcək.
Səhifənin istifadəçiləri tərəfindən ən çox bəyənilən yazıların və süjetlərin müəllifləri müsabiqənin yekununda Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sahəsində təcrübəli əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
Müsabiqədə iştirak etmək istəyən jurnalistlər və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər öz yazılarının və süjetlərinin linklərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL