"Trabzonspor” klubunun baş məşqçisi Şota Arveladze istefa verib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən xəbərinə görə, mövsümlərarası fasilədə "bordo-mavililər”in "sükanı arxası”na gətirilən gürcüstanlı çalışdırıcının bu qərarı gözlənilməz olub.
Arveladze bir neçə gün öncə komandanın kapitanı Onur Kıvrakı heyətdən kənarlaşdırdığı üçün "Trabzonspor”un baş meneceri Süleyman Hurma işindən ayrıldığını açıqlamışdı. Yaşanan hadisədən sonra 42 yaşlı məşqçinin özü də istefa ərizəsini klub rəhbərliyinə təqdim edib.
İstefası ilə bağlı danışan Arveladze qərarını belə izah edib: "Məni buraya gətirən Hurmadı. Hansısa futbolçu intizamsızlıq edirsə, mənim də komandada qalmağım düz çıxmaz. Buna görə də, istefa verdim”.
Arveladzenin istefasını eşidən Hurma isə dərhal onunla görüşərək, Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində "Rabotniçki” ilə oyundan öncə istefa verməsinin yanlış qərar olduğunu bildirib və ən azından, matç bitənə qədər gözləməyini məsləhət görüb.
Arveladzenin bu təklifi qəbul etdiyi bildirilir.
"Trabzonspor”un prezidenti İbrahim Hacıosmanoğlu da sabah çox önəmli oyunlarının olduğunu qeyd edərək, matçdan sonra Arveladze ilə danışacağını dilə gətirib.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL