Tramp xanım naziri işdən qovdu-Müsəlmanlar əleyhinə fərman

Tramp xanım naziri işdən qovdu-Müsəlmanlar əleyhinə fərman

Tramp müsəlmanlar əleyhinə fərmana qarşı çıxan xanım naziri işdən qovdu

ABŞ prezidenti Donald Tramp ölkənin baş prokuroru vəzifəsini yerinə yetirən ədliyyə naziri Salli Yeytsi istefaya göndərib.

Azərbaycan 24 xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, buna səbəb S.Yeytsin prezidentin miqrasiya haqqında fərmanını yerinə yetirməkdən imtina etməsi olub.

Ədliyyə naziri vəzifəsinə Virciniya ştatının Şərq dairəsi prokuroru Dan Boente təyin edilib.

"Salli Yeyts ədliyyə nazirliyinə xəyanət edərək Birləşmiş Ştatlar vətəndaşlarının müdafiəsinə yönəlmiş qanuni əmri həyata keçirməkfən imtina edib” – deyə Ağ Evin bəyanatında bildirilir.

Qeyd edək ki, ABŞ prezidentinin bu fərmanı ölkədə və onun sərhədlərindən kənarda narazılıqlara səbəb olub.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az