TÜRKPA Beynəlxalq müşahidəçilər missiyası Türkiyədə keçiriləcək parlament seçkilərini müşahidə edəcək.
Vətəninfo.az Trend-ə istinadən xəbər veriri ki, Türkdilli ölkələrin Parlament Assambleyasının Azərbaycan, Qazaxıstan və Qırğızıstan parlamentarilərindən ibarət müşadəçi missiyası iyunun 7-də Türkiyədə keçiriləcək parlament seçkilərini müşahidə edəcək.
Milli Məclisin üzvü Nizami Cəfərovun rəhbərlik etdiyi müşahidəçilər missiyasının Yüksək Seçki Şurasının sədri cənab Sadi Güven, Konstitusiya Məhkəməsinin sədri cənab Zühtü Arslan, Türkiyə xarici işlər nazirinin müavini Naci Koru ilə görüşləri nəzərdə tutulub.
Seçki günü TÜRKPA müşahidəçiləri seçki prosesini və mühitini müşahidə etmək məqsədilə Ankarada bir sıra səsvermə məntəqələrini ziyarət edəcək.
Türkiyədə keçiriləcək parlament seçkilərinin missiya tətəfindən qiymətləndirilməsinə dair mətbuat konfransı 8 iyun 2015-ci ildə keçiriləcək.
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA