"SOCAR Turkey Energy”-də həbslər -Azərbaycanlılar da var (YENİLƏNİB)

Miq.az-a Türkiyədən daxil olan məlumata görə, aparılan yoxlamalar nəticəsində 30 nəfər gözaltına alınıb. Onların arasında azərbaycanlılar da var. 
10 evdə yoxlamalar aparılıb. Şirkətdə işləyənlərin iki nəfəri axtarışdadır. Hətta onların ofislərində də axtarışlar aparılıb. 

Xatırladaq ki, bu yoxlamalar SOKAR şirkətinə qarşı yox, bilavasitə orada işləyən və fətullahçılarla bağlı şübhəli bilinən şəxslərə qarşı aparılır.


*****
 
"Petkim Petrokimya Holding A.Ş."-yə məxsus olan və İzmir şəhərinin Aliağa adlanan ərazisində yerləşən bir neçə obyektdə Türkiyənin hüquq-mühafizə orqanları 80-100 nəfərlik qrup tərəfindən  xüsusi əməliyyat keçirilir.

İzmir Emniyet Müdürlüğüne bağlı ekipler bu sabah erken saatlerinde toplam 80*-100 kişilik bir grup halinde Petkim Aliağa Lojmanları ve Kompleks Sahası girişindeki Satış,Satın Alma ve Genel Müdürlük binalarını aramaya başladılar.Bu bölümlerden araçla yapılan tüm giriş ve çıkışlarda araçların bagajları görevli polis memurlarınca aranıyor.
 
 
 "Anadolu" agentliyinə istinadən verilən xəbərə görə, əməliyyat FETÖ terror qruplaşmasına qarşı aparılan tədbirin tərkib hissəsidir.
 
Hüquq-mühafizə orqanları ərazidə axtarışlar aparır.
 
Saxlanılanlar barədə məlumat yoxdur.
 
Xatırladaq ki, bundan öncə "Petkim Petrokimya Holding A.Ş."-nin baş direktoru Saadettin Korkut tutduğu vəzifədən istefa verib. Bunun ardınca S. Korkut hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bundan başqa, şirkətin bir neçə rəhbəri şəxsi, o cümlədən baş direktorun satınalmalar üzrə müavini Natiq Dəmirov işdən çıxarılıb.

S. Korkutu SOCAR-ın Yunanıstandakı törəməsinin ("SOCAR Greece") rəhbəri işləmiş Anar Məmmədov əvəzləyib.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az