Türkiyənin yeni baş naziri şəhid qardaşını qucaqlayıb ağladı

Türkiyənin yeni baş naziri şəhid qardaşını qucaqlayıb ağladı
Xəbər verdiyimiz kimi, mayın 19-da AK partiya yeni sədr və baş nazir namizədi olaraq nəqliyyat naziri Binəli Yıldırımı seçib.

Binəli Yıldırım Vanda PKK-çılarla vuruşda şəhid olan çavuş Özkür Qaranın cənazə mərasiminə qatılıb.

Yeni baş nazir şəhidin qardaşı Coşqun Qaranın əlini mərasim ərzində buraxmayıb. Şəhid qardaşı Yıldırımın çiyninə qısılaraq ağlayıb. B. Yıldırım da onu qucaqlayaraq təsəlli edib və ağlayıb.

Yeni baş nazirin bu səmimi davranışı mərasim iştirakçıları tərəfindən yüksək dəyərləndirilib. (qafqazinfo)

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az