"Maaşını vaxtında vermədiyimiz üçün komandanı tərk edən futbolçu yoxdu”.
Bu sözləri "Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.
Klubun maliyyə problemi ilə üzləşdiyi haqda yayılan xəbərlərə münasibət bildirən Nadirov bildirib ki, maaşlarda yubanma ola bilər: "3 gün tez, 4 gün gec verilə bilər. Deyə bilmərəm ki, vəziyyət idealdı. Bu, normal prosesdi. Hər futbolçunun müqaviləsində göstərilir ki, filan tarixə qədər məvacibini almalıdı. Səmimi şəkildə qeyd etmək istəyirəm ki, bəzən mediada dezinformasiyalar yayılır. Məlumat getmişdi ki, guya Alfred Sanko bizdən şikayət etməyə hazırlaşır. Əlimizdə sənəd var ki, qarşılıqlı şəkildə müqaviləyə xitam vermişik”.
Nadirov əlavə edib ki, fəxri-prezident Mübariz Mənsimov daim klubla maraqlanır: "Prezident isə Mais Mənsimovdu. Amma bir vacib iş görəndə Mübariz Mənsimovun xeyir-duası alınır. Biz hansısa məhkəməni qazananda ən birinci bunu 2 nəfər bilirsə, onlardan biri məhz fəxri prezidentimiz olur. O, həmişə klubun yanındadı”.
Apasport.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL