"Nikoil Bank" QSC-də kadr dəyişikliyi baş verib. Valentina Koriçina bankın Müşahidə Şurasından çıxarılıb.
Müşahidə Şurasının yeni üzvü Sergey Mitirev olub. O, eyni zamanda "Uralsib" maliyyə korporasiyasının baş direktorunun müşaviridir.
V.Koriçina isə "Uralsib"in vitse-prezidenti, bank biznesinin korporativ idarəetmə müdiridir.
Hazırda bankın Müşahidə Şurasının sədri vəzifəsini İsgəndər Xəlilov tutur.
Şuranın üzvləri bunlardır: İldar Muslimov ("Uralsib" maliyyə korporasiyasının İdarə Heyətinin sədri), Pavel Suxoruçkin ("GLL Services LTD" şirkətinin icraçı direktoru), Marina Kuleşova ("Topaz Investments" MMC-nin direktoru), Sergey Mitirev ("Uralsib" maliyyə korporasiyasının baş direktorunun müşaviri), Aleksey Sazonov ("Uralsib" ASC-nin İdarə Heyəti sədrinin müavini), İvan Romanovski ("LUKoil" ASC-nin prezidentinin köməkçisi, aparat rəhbərinin birinci müavini).
Azərbaycanın aparıcı banklarından biri olan "Nikoil Bank" QSC-nin səhmdarları "Topaz İnvestments" QSC (56,4 %), "Nikoyl" QSC (42,6%) və "ISR Holding" MMC-dir (1,0%) (APA).
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL