Qafqaz Müsəlmanları İdarəsindəki komissiya bu məsələni araşdıracaq.
Bunu Axar.az-a Məşədi Dadaş məscidinin imamı, QMİ-nin nümayəndəsi Hacı Şahin Həsənli "Sevimli dad” şirkətinin sosiskalarının üzünə vurulmuş rüsvayçı reklam fotosu ilə bağlı deyib.
Hacı Şahin qeyd edib ki, bu hal yolverilməzdir və şirkətin sosiskaların üzərinə niyə belə şəkil yerləşdirməsinin səbəbi ona aydın deyil:
"Mən bu məsələni komissiya ilə razılaşdıracam, məsələ yəqin ki, araşdırılacaq. Ümumiyyətlə, bu cür hallar uşaq tərbiyəsinə, psixologiyasına mənfi təsir edir və yolverilməzdir”.
QMİ rəsmisi həmçinin Qafqaz müsəlmanları İdarəsinin "Sevimli dad” şirkətinə halallıq sertifikatı verməsi məsələsinə də toxunub:
"Qafqaz Müsəlmanları İdarəsi ət məhsullarının şəriət qaydalarına uyğun kəsilməsi və şirkətlərə halallıq rəyi verilməsi məsələlərinə baxır. Amma "Sevimli dad” firmasına halal sertifikatı verilib-verilmədiyini dəqiq bilmirəm”.
Xatırladaq ki, "Sevimli dad” şirkətinə məxsus uşaq sosiskalarının üzərində biabırçı reklam şəkli yerləşdirilib.
Həmin şəkildən belə görünür ki, sosiska məhsullarının üzqabığında oğlan uşağının penisi yerinə sosiska qoyulub. Onun yanındakı iki körpə isə sosiskaya heyranlıqla baxır.

Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat