Azərbaycanda güclü zəlzələ gözlənilirmi?

Azərbaycanda güclü zəlzələ gözlənilirmi?
Son günlər bir çox ölkələrdə ardıcıl olaraq zəlzələlərin baş verdiyini xəbər veririk. Ötən günlərdə İranda, Tacikistanda və Əfqanıstanda güclü zəlzələ baş verdi. Bu isə dünyada seysmik zonaların aktivləşdiyini göstərir. Bəs Azərbaycanda da güclü zəlzələ ola bilərmi?
 
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov Sfera.az-a açıqlamasında bildirib ki, Azərbaycan seysmik zonada yerləşsə də, hələlik elə böyük təhlükə yoxdur.

Onun sözlərinə görə, dünyada ard-arda baş verən zəlzələlər təbii xarakterli olmaya bilər:

"Azərbaycan fərqli qitədə yerləşir. Süni yeraltı təkanlar törədilməsə, ölkəmizdə zəlzələ təhlükəsi yoxdur. Güc dövlətləri tərəfindən xüsusi silahlar vasitəsi ilə süni zəlzələlər törədilir. Düşünürəm ki, Azərbaycan həm daxili, həm də xarici siyasətində düzgün mövqe tutduğu üçün ölkəmizə qarşı belə bir plan nəzərdə tutulmur”. 

Azərbaycanın neytral mövqe sərgilədiyini deyən ekspert bildirib ki, buna baxmayaraq, Rusiya iri dövlətlərin hədəfindədir və oarada baş verənlər Azərbaycana da təsir edir: 

"Azərbaycan kənd təsərrüfatı sahəsində Rusiyaya kömək edir. Ölkəmizdə istehsal olunan məhsulların 70-80 faizi Rusiya bazarına çıxarılır. Rusiyada digər ölkələrin süni olaraq yaratdıqları təbiət hadisələri Azərbaycana da təsirsiz ötüşmür. Gördünüz ki, bu il Rusiyada qış və yaz necə keçdi. Yazda sellər oldu, çaylar məcrasından çıxdı. Məhz bu səbəbdən də bu il Azərbaycanda nə yağış yağdı, nə də ki, qar. Nəticə etibarı ilə Azərbaycan kənd təsərrüfatına ziyan dəydi, qiymətlər daha da qalxdı”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az