Müsəlman Ağsaqqalları Şurası Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşmanı alqışlayır

Müsəlman Ağsaqqalları Şurası Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşmanı alqışlayır
Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər əl-Şərifin Böyük İmamı, professor, doktor Əhməd Əl-Tayyib  Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı əldə edilən razılaşmanı alqışlayaraq,  sənədi  Qafqaz regionunda sülh və sabitliyə nail olmaq istiqamətində tarixi bir addım kimi qiymətləndirib.
Bu barədə məlumat verən Müsəlman Ağsaqqalları Şurasının Baş katibi, Hakim Mohamed Abdelsalam  tarixi sazişi, eləcə də bu prosesi sürətləndirən  səmimi səyləri və hazırlıq addımlarını yüksək qiymətləndirərək qeyd edib ki, bu, hər iki tərəfin münaqişəyə son qoymaq və davamlı sülh qurmaq üçün əsl iradəsini əks etdirir. 
Baş katib  Şuranın sülh və barışı inkişaf etdirmək, dialoq, tolerantlıq, birgəyaşayış və insan qardaşlığı dəyərlərini təşviq etmək məqsədi daşıyan bütün təşəbbüsləri dəstəklədiyini bir daha təsdiqləyib.
Müsəlman Ağsaqqalları Şurası bütün əlaqədar beynəlxalq maraqlı tərəfləri bu sazişi dəstəkləməyə və onun tam icrasını təmin etməyə, bununla da regional və qlobal təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə töhfə verməyə çağırıb. Şura, həmçinin bütün xalqları və millətləri tolerantlıq və dinc birgəyaşayış dəyərlərini qəbul etməyə, zorakılığı və nifrəti rədd etməyə, sülh, anlaşma və harmoniya üzərində qurulan daha yaxşı bir gələcək qurmaq üçün birlikdə çalışmağa çağırışını təkrarlayıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az