Şəkidə 18 yaşlı gənc intihara cəhd edib.
Vətəninfo.az xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 02:00 radələrində Şəki şəhəri 17-ci rayon, Şərbablar küçəsi 45 ünvanında yaşayan 1996-cı il təvəllüdlü Murad Mustafa oğlu Paşayev bədəninin boğaz nahiyəsinin sıyrılmış, hər iki biləyinin isə qismən kəsilmiş yaraları ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olub.
Həkim araşdırmasından sonra məlum olub ki, 18 yaşlı Murad Paşayev intihar etmək məqsədilə hər iki qolunun bilək nahiyəsinə ülgüclə xəsarət yetirib, daha sonra isə özünü asmaq istəyib. Son anda ölümün pəncəsindən valideynləri tərəfindən xilas edilən Murad Paşayev xəstəxanaya çatdırılıb.
Gecə saatlarında Şəki rayon hüquq-mühafizə orqan əməkdaşlarının Murad Paşayevlə apardıqları ilkin sorğu zamanı o, hansı səbəbdən intihar etmək istəməsi barədə ifadə verməkdən imtina edib. Həkimlərin səyinə baxmayaraq, xəstəxanada qalmaqdan imtina edən Murad Paşayev evə gedərkən valideynlərinə yenidən intihar edəcəyini deyib.
Hadisə ilə bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR