Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 31-də 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirdiyi qabiliyyət imtahanının nəticələri açıqlanıb.
İmtahanda iştirak etmək hüququ qazanmış 341 abituriyentdən 178 nəfəri imtahana gəlməyib.
İmtahanda iştirak edən 163 abituriyentdən 57 nəfəri məqbul qiymət alıb. Onlardan 51 nəfəri Azərbaycan, 6 nəfəri isə rus bölməsinin abituriyentləridir. İki abituriyentin nəticəsi imtahan qaydalarını pozaraq inşa yazılarında özünü tanıdıcı xarakterli məlumat yazdıqları üçün ləğv edilib.
Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər.
TQDK-da abituriyentlərin imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün avqustun 5-də (saat 10-dan 17-dək) apelyasiya komissiyası fəaliyyət göstərəcəkdir. Apelyasiya komissiyasına müraciət etmək istəyənlər avqustun 4-də şəxsiyyət vəsiqələrini şəxsən təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, apelyasiya komissiyası TQDK-nın A. Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.
APA
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL